Kolumbiya Hərbi Dəniz Qüvvələri 3 ton kokain və marixuana ələ keçirərək, onların Mərkəzi Amerika ölkələrinə daşınmasına mane olub.
AZİNFORM.AZ xəbər verir ki, bu barədə respublikanın milli müdafiə naziri Dieqo Molano Twitter-də yazıb.
Facebook və Instagram uşaqlara zərər verməkdə ittiham olunurAğ Ev: NATO və G7 Ukraynanı dəstəkləmək üçün möhkəm birlik saxlayır“Google” şirkəti külli miqdarda cərimələnib
"Narkotik ticarətinə qarşı qətiyyətli mübarizə çərçivəsində Hərbi Dəniz Qüvvələrimiz Choco və Valle del Cauca departamentlərində 3 tona yaxın narkotik maddə ələ keçirdi. Biz Mərkəzi Amerika ölkələrinə təxminən 6 milyon doza kokain və marixuananın daşınmasının qarşısını aldıq" deyə nazir bildirib.
Hərbi Dəniz Qüvvələri ələ keçirilən narkotiklərin qara bazarda 82 milyon dollar dəyərində olduğunu təxmin edir.