Braziliyanın San-Paulu ştatında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.
AZİNFORM.AZ "TASS"a istinadla xəbər verir ki, bu barədə bölgənin xilasetmə xidməti məlumat yayıb.
Qeyd olunur ki, hadisə ştatın paytaxtı olan San-Paulu şəhərindən 120 kilometr məsafədə baş verib. Təyarrə meşə zolağına çırpılaraq yanıb.
Təyyarədə üç nəfərin olduğunu, onlardan heç birinin sağ qalmadığını bildirir.