Rusiyada özəl təyyarə qəzaya uğradı
16-06-2022, 10:10

İyunun 16-da Rusiyanın Tümen vilayətində özəl təyyarə qəzaya uğrayıb. 

AZİNFORM.AZ "İzvestiya"ya istinadən xəbər verir ki, yüngül mühərrikli təyyarənin qəza etməsi nəticəsində bir nəfər xəsarət alıb. 

Zərərçəkmiş müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Qeyd olunur ki, hazırda hadisənin baş vermə səbəbləri nəqliyyat prokurorluğunun əməkdaşları tərəfindən müəyyən edilir.







up