Peru sakini evinin zirzəmisində təmir işləri zamanı inklərin qədim sərdabəsini aşkar edib. Tapıntının yaşının 500 il olduğu güman edilir.
AZİNFORM.AZ-ın məlumatına görə, parçaya bükülü olan qalıqlar yerli elitaya məxsus olub. Məzarda həmçinin saxsı qablar və zərgərlik məmulatları da olub.
Alimlərin ehtimalına görə, dəfn olunanlar 1400-cü illərdə qüdrətli inklərin Cənubi Amerikanın qərbindəki imperiyanı tabe etməsinə qədər Limada geniş yayılan ririkanço elitasını təmsil edib. İnklərin özləri 1532-ci ildə ispan konkistadorlar tərəfindən fəth edilib.
Həmin görüntüləri təqdim edirik:
AZİNFORM.AZ