Azərbaycanda maraqlı dəfn adəti: Bir qəbirin içərisində iki nəfər dəfn edilir - VİDEO
28-05-2022, 23:40

Eyni məzarda iki nəfəri dəfn edirlər.

Azərbaycanın cənub zonasında, xüsusilə də Lənkəranda belə bir dəfn adətləri var. Belə ki, dünyasını dəyişən iki yaxın insan ayrı vaxtlarda eyni qəbirdə basdırılır. Sakinlərin sözlərinə görə ənənə qədim dövrlərdən gəlsə də, indi bu cür dəfnlər yalnız ölən şəxsin vəsiyyəti ilə həyata keçirilir.

Lənkəran rayon məscidinin axundu Fəxri Sadıqov isə bildirir ki, belə hallar rayon qəbirsanlığında bir neçə dəfə baş verib. Ancaq həmin məzarlarda dəfn edilənlərin ölüm tarixləri arasında kifayət qədər fərq olub.

İlahiyyatçı Ağa Hacıbəyli deyir ki, bir məzarda ikinci dəfnin gerçəkləşməsi üçün qəbirdəki adamın sümükləri çürümüş olmalı, vücudundan heç bir əsər-əlamət qalmamalıdır. İlahiyyatçının sözlərinə görə, bu cür hallara qəbir yeri çatışmazlığı olan məzarlıqlarda daha çox rast gəlinir.

Ağa Hacıbəyli bildirir ki, meyitin gec, ya tez çürüməsi coğrafi zonadan da asılıdır. /xəzərxəbər/

AZİNFORM.AZ





up