DİGƏR XƏBƏRLƏR
Nigeriya Senatının keçmiş vitse-prezidenti İke Ekveremadu və onun həyat yoldaşının şok əməlləri üzə çıxıb.
AZİNFORM.AZ xarici KİV-ə istinadla xəbər verir ki, 55 yaşlı akademik Nvanneka Ekveremadu gizli şəkildə bir uşağı orqan ticarəti üçün Böyük Britaniyaya göndərmək istəyərkən yaxalanıb.
Nigeriyada gizli planlaşdırma və orqan ticarətinə köməklik etmək ittihamı ilə mühakimə olunan Xalqların Demokratik Partiyasının 19 illik üzvü və Senatın keçmiş vitse-prezidenti və həyat yoldaşı bu gün məhkəmə qarşısına çıxacaq.
Məhkəməyə gətirilməzdən əvvəl Hitrou hava limanında polis tərəfindən saxlanılan senatorun bundan əvvəl də bir neçə dəfə İngiltərəyə daxil olduğu və oradakı Nigeriya icmaları ilə görüşdüyü bildirilir.