Rusiyanın kəşfiyyat dronu Türkiyədə ələ keçdi - ŞOK VİDEO
23-06-2022, 17:01

Türkiyənin Gümüşhane şəhərinin Kürtün qəsəbəsində göbələk toplayan şəxslər ərazidən bir pilotsuz uçan aparat (PUA) tapıblar.

AZİNFORM.AZ xəbər verir ki, PUA-nın zədəli olduğu bildirilib.

Xəbərdarlıqdan sonra əraziyə gələn təhlükəsizlik qüvvələri qanadları təxminən 3 metr olan PUA-nın Rusiya istehsalı kəşfiyyat dronu “Orlan-10” olduğunu müəyyən ediblər.

1400 km mənzilli PUA-nın müharibə səbəbindən Ukrayna və ya Suriyadan siqnal kəsildikdən sonra Türkiyəyə uçduğu güman edilir.

Təhlükəsizlik qüvvələri tərəfindən hadisə yerindən götürülən PUA araşdırılması üçün Ankaraya göndərilib.

AZİNFORM.AZ





up