"Vəhşi heyvanı qorxutmaq üçün özünüzü vizual olaraq böyük göstərməyə çalışın, qışqırın, səs-küy salın..."
"Vəhşi heyvanlar buralarda Milli parkdan tez-tez peyda olur, amma sakinləri narahat etmir, bu dəfə hücum çəkib..."
90 yaşlı ahıl qadın bağ mebeli ilə ayıdan canını qurtarıb
ABŞ- ın Tennessi ştatından olan ahıl yaşda olan qadın öz evinin yaxınlığında böyük qara rəngli ayıdan qatlama stuldan və mənəvi gücündən istifadə edərək canını qurtara bilib.
AZİNFORM.AZxəbər verir ki, bu barədə "New York Post" nəşri yazıb.
Sevyervil şəhərciyindən olan Alta Uilyams öz evinin yanında tələyə düşüb, çünki evinin eyvanına üç balası ilə aqressiv ayı təşrif buyurub.
Qadın xatırlayır ki, vəhşi heyvan ona tərəf hücum edib, onun sifəti qadının sifəti ilə qarşı-qarşıya dayanıb. O zaman 90 yaşlı cəsur təqaüdçü qadın qatlama bağ stulunu götürüb onunla səs salmağa başlayıb. Ayı ona hücum çəkmək istəyib, lakin yalnız əllərini cırmaqlayıb, daha sonra, çox güman ki, şaqqıltıdan qorxaraq dərhal qaçıb gedib. Balaları da onun dalınca gediblər.
"Burada bizdə ayılara rast gəlinir və ildən-ilə bu, daha tez-tez baş verir", - Alta danışıb və izah edib ki, vəhşi heyvanlar Qreyt-Smoki-Mauntins Milli parkından tez-tez gəlir, lakin yerli sakinləri narahat etmir.
Onun sözlərinə görə, keçmişdə evinin yaxınlığında ayılarla rastlaşanda, onlar, adətən, qorxub qaçırdılar, təkcə bu dəfə vəhşi heyvan hücum etməyə qərar verib.
"Uilyams ayılarla rastlaşan zaman məhz bizim hamıya tövsiyə etdiyimiz kimi davranıb, - baş vermiş hadisəni Tennesi vəhşi təbiət resursları Agentliyinin nümayəndəsi Mett Kemeron şərh edib. - Vəhşi heyvanı qorxutmaq üçün özünüzü vizual olaraq böyük göstərməyə çalışın, qışqırın, səs-küy salın".
Qeyd edilir ki, ahıl yaşda olan cəsur qadın ciddi zədə almayıb, amma əlində olan cırılmış yara səbəbindən xəstəxanaya müraciət edib. Uilyams hesab edir ki, onun bəxti gətirib ki, o vəziyyətdən salamat qurtarıb.
"O vaxtdan mən Tanrıya dua edirəm, çünki mən indi burada olmaya bilərdim", - zərərçəkən öz emosiyalarını bölüşüb.
Yerli WYMT-TV telekanalının məlumatına görə, yaşayış rayonunda təqaüdçü qadına hücum edən ayını Tennesi vəhşi təbiət resursları Agentliyi axtarıb tapıb. Ştatın qaydalarına görə vəhşi heyvan öldürülüb. /moderator.az/
Facebook
Вконтакте
Одноклассники
Google+