Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Prezident Vladimir Zelenskinin Avropa liderləri ilə görüşünə qoltuqaltı və sol ayağında gipslə qatılıb. Ukrayna liderinin Teleqram kanalında ölkənin baş diplomatının Almaniya kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makron və İtaliyanın Baş naziri Mario Draqi ilə görüşdüyünü əks etdirən video yayımlanıb.
AZİNFORM.AZ musavat.com-a istinadən xəbər verir ki, xarici qonaqlar görüş otağına gələndə Kuleba da orada olub və kənarda Zelenskinin "onun ayağı sınıb" izahı eşidilir.
O əlavə edib ki, fəal iş davam edir.
"Ağır silahları göndərin, Rusiyanın sanksiya vintlərini sıxın, Ukraynaya namizəd statusunu qətiləşdirin. Hətta qoltuqaltı və bir ayaqda - Qələbəyə doğru irəliləyin", - Kuleba yekunlaşdırıb.
AZİNFORM.AZ