Rus deputatdan əsir İngilis əsgərləri haqda QAN DONDURAN AÇIQLAMA
17-06-2022, 18:18

Rusiyalı deputat Aleksey Juravlyov edama məhkum edilən iki ingilis əsgəri ilə bağlı açıqlama verib.

AZİNFORM.AZ xəbər verir ki, Rusiya Dövlət Kanalı "Rossiya 1"də canlı çıxış edən Juravlyov Aiden Aslin və Şaun Pinnerin Britaniya silahları və ingilis güllələri ilə öldürüləcəyini açıqlayıb:

"Mən DXR-in beynəlxalq öhdəliklərini yerinə yetirməsini bəyənirəm. Mənə dedilər ki, əsgərləri öldürən güllələr pul müqabilində ailələrinə, yaxınlarına göndəriləcək. Ödənişlər funt-sterlinqlə deyil, rublla həyata keçiriləcək”.

Rusiyalı deputatın sözləri studiyada qısa şok yaradandan sonra verilişin aparıcısı Yevgeni Popov Juravlyovun zarafat etdiyini deyib.

Lakin deputat qətiyyətlə cavab verib: 

"Niyə zarafat etməliyəm. Zarafat yoxdur. Mən onların etdiklərini öz gözlərimlə gördüm. Ona görə də onlara rəhm etmirəm. Biz danışıqsız onları məhv etməliyik".





up