Putin nəyi gizlədir? - ABŞ rəsmiləri açıqlayır
16-06-2022, 18:00

ABŞ rəsmiləri düşünürlər ki, Putin siyasi bədəl ödəmək istəmir və ordusunun real itkilərini gizləməklə reputasiya riskinə getmir. Ona görə də Rusiya Ukraynada davam edən genişmiqyaslı hərbi müdaxilənin dördüncü ayında ordusunun sayını Ukrayna ordusunun sayından azaldıb.

 AZİNFORM.AZ xəbər verir ki, bu barədə “Foreign Policy” yazır.

Mətbu orqanının yazdığına görə, Vladimir Putin Rusiyada səfərbərlik elan etmək və müharibəni “xüsusi əməliyyat” deyil, müharibə adlandırmaq istəməməsi təcavüzkarı döyüş meydanında üstünlüklərdən məhrum edir. Potensial olaraq səfərbərlik Rusiyaya minlərlə əsgəri döyüş meydanına gətirməyə imkan verərdi. ABŞ rəsmiləri düşünürlər ki, Putin siyasi bədəl ödəmək istəmir və ordusunun real itkilərini gizləməklə reputasiya riskinə getmir.

“Rusiya qoşunları Donbasda aylarla davam edən döyüşlərdə Ukrayna qüvvələrinin sayından 3 dəfə artıq idi. Kreml Luqansk bölgəsinin böyük hissəsini ələ keçirdi və bu, müharibənin sürətində dəyişiklik kimi görünürdü. Lakin əlavə qoşun göndərməkdən imtina qoşunların cəbhəyə çağırılması Rusiyanın üstünlüklərini puça çıxarır”, - məqalədə deyilir.

Ordunun verdiyi itkilərin əvəzini çıxmaq üçün gizli səfərbərlik hələ də davam edir, lakin bir qayda olaraq, uğur qazanmır. 

“Foreign Policy”ə Avropa təhlükəsizlik strukturlarından bildirilib ki, Rusiyanın Murmansk vilayətində gizli səfərbərlik kampaniyasının uğursuzluğa düçar olub.

Materialda deyildiyi kimi, Kremlin strateji uğursuzluqları təkcə daxili siyasətlə deyil, həm də Qərbin sanksiyaları ilə bağlıdır.

“Rusiyanın Donbasda artilleriya döyüşünə keçməsi müasir yüksək dəqiqlikli silah ehtiyatlarının tükənməsi və sanksiyalar şəraitində boşluqların yerini doldurmağın mümkünsüzlüyü ilə bağlıdır”, - mətbu orqanı yazır.  /ölkə.az/





up