Gürcüstanda ilk dəfə “Krım-Konqo” virusuna yoluxma halları qeydə alınıb.
AZİNFORM.AZ xəbər verir ki, virusa yoluxma ölkənin Samtsxe-Cavexetya bölgəsinin Adiqeni və Axaltsixe rayonlarında qeydə alınıb.
Gürcüstanda hazırda 20 nəfərin "Krım-Konqo" virusuna yoluxduğu bildirilir. Onların 9-u Axaltsixe bələdiyyəsində, 6-sı Adqinedi, 5-i Aspindzada qeydə alınıb.
Qeyd edək ki, sözügedən virusa ilk dəfə 1944-cü ildə Krımda, 1956-cı ildə isə Konqoda aşkar edilib. Xəstəlik hemorrafik hərarətdir, qanaxma, ishal və qızdırma ilə müşayiət olunur.