Amber Hörd məhkəmədən sonra ilk dəfə danışdı - VİDEO
14-06-2022, 16:34

Amber Hördün keçmiş həyat yoldaşı Conni Deppin məhkəmədə açdığı "böhtan" iddiasında məğlub olan və iddia prosesini milyonlarla insanın izlədiyi aktrisa Amber Heard məhkəmədən sonra ilk dəfə Amerikanın NBC televiziyasına danışıb.

AZİNFORM.AZ xəbər verir ki, Hörd iddia edir ki, iş sosial mediada ədalətli şəkildə təmsil olunmur.


"Kimlərin mənim haqqımda nə düşündüyü və ya şəxsi evimdə, evliliyimdə, bağlı qapılar arxasında baş verənlərlə bağlı mühakimələri məni maraqlandırmır. Düşünürəm ki, insanların da bunu bilməsinə lüzum yoxdur. Ona görə də bunu qəbul edə bilmirəm. Hörd NBC-nin bu həftə efirə gedəcək müsahibəsindən qısa bir epizodda deyib: “Bütün bu nifrət və pis sözlərə layiq olduğumu, yalan danışdığımı düşünən insanlar gözümün içinə baxıb həmin sözləri üzümə deyə bilməzlər. Bu işin sosial mediada ədalətli şəkildə təqdim olunduğunu deyə bilməzsiniz” 

Bütün proses boyu sosial şəbəkələrdə Hördün ünvanına nifrət dolu sözlər yazılırdı. 
Hörd əlavə edib ki, Deppin söylədiklərinə görə münsiflər heyətini günahlandırmır.

ABŞ-ın Virciniya ştatında üç həftə davam edən məhkəmə prosesinin sonunda məhkəmə Hördün məişət zorakılığı iddialarının "böhtan və yalan" olduğuna qərar verib.






up