Tütün istehlakı əleyhinə mübarizə haqqında Ümumi Qanunda yeni tənzimləmə çərçivəsində yeni növ tütün məmulatları hesab edilən elektron siqaretlərin ölkə daxilində yayılması və satışı qadağan edilib.
AZİNFORM.AZ xəbər verir ki, Meksika prezidenti Andres Manuel Lopez Obrador gündəlik mətbuat konfransı zamanı ölkə ərazisində elektron siqaretlərin satışını qadağan edən fərman imzalayıb.
Səhiyyə nazirinin müavini Huqo Lopez Qatell, yeni növ tütün məmulatlarının siqaretdən daha az zərərli olduğu iddiaları ilə istehlakın təşviq edildiyinə diqqət çəkib və tütün şirkətlərinin bu cür məhsullarla gəncləri hədəfə götürdüyünü qeyd edib.
AZİNFORM.AZ