"Hər şeyin pərdəsini açacağam" - Qaribaşvilidən sərt ismarıc
12-06-2022, 11:35

"Əgər Avropa Komissiyasının qərarı ədalətsiz və ölkəmiz və xalqımız üçün təhqiramiz olarsa, hər şeyin pərdəsini açacam və xalqımıza hər şeyi açıqlayacam".

AZİNFORM.AZ xəbər verir ki, bu sözləri baş nazir İrakli Qaribaşvili, Avropa Parlamentinin qəbul etdiyi qətnamə ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Baş nazir qeyd edib ki, iyunun 24-nə qədər Avropa Komissiyasının qərarını gözləyəcək və o vaxta kimi əlavə məlumatlar verməyəcək:

"Avropa Komissiyasının rəyi iyunun 17-də olacaq, ən əsas qərar isə 23-24 iyunda olacaq. O vaxta qədər mən sadəcə gözləyəcəm və xalqımız qarşısında çox danışmayacam. Əgər qərar ədalətsiz, ölkəmizə və xalqımıza qarşı təhqiredici olacaqsa, hər şeyin pərdəsini açacam və xalqımıza hər şeyi deyəcəm. Mən nəzəriyyə ilə deyil, yalnız faktlarla danışacam", - deyə Qaribaşvili bildirib (modern.az).





up