Kanadada atışma olub, ölən var
6-06-2022, 04:36

Kanadanın Toronto şəhərində baş verən atışma nəticəsində bir nəfər ölüb.

Bu barədə CTV telekanalı məlumat yayıb.

Hadisə gecə saatlarında restoranlarından birində baş verib. Atışma barədə xəbərlə hadisə yerinə gələn polis üzərində güllə yaraları olan bir kişini aşkarlayıb. Yaralı xəstəxanaya yerləşdirilib, lakin orada ölüb.

İnsident zamanı digər xəsarət alan və ya ölən olmayıb.

Polis hadisənin başvermə şəraitini müəyyən etmək üçün müşahidə kameralarını araşdırır.

AZİNFORM.AZ





up