İranda aerokosmik texnika sahəsində tanınmış gənc alim müəmmalı şəkildə öldü
4-06-2022, 18:48
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

İranda aerokosmik texnika və aeronavtika sahəsində tanınmış alim Əyyub Entezari müəmmalı şəkildə ölüb. İİR mediasında gənc elm adamının qida zəhərlənməsindən öldüyü yazılıb. Ancaq onun İsrailin xarici kəşfiyyatı (MOSSAD) tərəfindən öldürülə biləcəyi barədə də məlumatlar var. Rəsmi Tehran bu iddia ilə bağlı açıqlama verməyib.

Məlumata görə, Entezari 2017-ci ildə aeronavtika və mexanika üzrə fəlsəfə doktoru dərəcəsini bitirib, Yəzd şəhərindəki elmi mərkəzdə raket texnologiyasının və pilotsuz uçuş aparatlarının inkişafı sahəsində işləyib.

Qeyd edək ki, alimin vəfatı barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinin 840-cı birləşməsinin polkovniki Əli İsmayılzadənin müəmmalı ölümündən bir gün sonra məlum olub.  /oxu.az/

AZİNFORM.AZ





up