Türkiyə ilə Yunanıstan arasında müharibə qaçılmaza çevrilir?
4-06-2022, 11:54

Politoloq: “Qərb Yunanıstan vasitəsi ilə Türkiyəni təxribata çəkir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə Yunanıstan rəhbərliyinin qardaş ölkə əleyhinə siyasətini sərt tənqid edib. Artıq illərdir iki qonşu arasında siyasi-diplomatik gərginlik yaşanır və deyəsən, artıq pik həddə çatıb. Bəs bu gərginlik müharibə fazasına keçə bilərmi?

ABŞ, AB, Britaniya Türkiyəni provokasiyayamı çəkir bölgədə? Ərdoğanı müharibəyə vadar edib, Türkiyəyə sanksiyalar tətbiq edib zəiflədəcəklər? Türkiyə-Yunanıstan savaşının başlaması Qərbə, bölgədəki maraqlarına ziddirmi? Yoxsa bunu fürsət bilib, Türkiyəni zəiflədəcəklər?





up