Tehranda su çatışmazlığı yaranıb
5-05-2022, 22:35

İranın Tehran əyalətində su çatışmazlığı yaranıb.
 AZİNFORM.AZ APA-ya istinadən xəbər verir ki, bunu İranın Tehran əyaləti üzrə regional su şirkətinin idarə rəisi Məhəmməd Şəhriyari deyib.
Onun sözlərinə görə, Tehran əyalətində yerləşən su bəndlərində suyun həcmi 269 milyon kubmetr azalıb: "Əyalətdə suyun həcminin azalması kənd təsərrüfatına suvarma üçün su təminatında problemlər yaradıb. Hazırda Tehran əyalətində yerləşən 5 su bəndində cəmi 505 milyon kubmetr su mövcuddur. Yağıntıların azalması su qıtlığına səbəb olub".
O qeyd edib ki, hazırda yalnız əhali içməli suyla təmin olunur və kənd təsərrüfatına su ayrılmır.




DİGƏR XƏBƏRLƏR
up