Ukraynada hərbi əməliyyatlar zamanı ölən uşaqların sayı kəskin artıb
2-06-2022, 13:24

Ukraynada genişmiqyaslı hərbi əməliyyatlar başlayandan bəri 261 uşaq ölüb, 480 uşaq yaralanıb.
AZİNFORM.AZ Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun məlumatında deyilir.
"Uşaqların əksəriyyəti Donetskdə - 184, Kiyev vilayətində - 116, Xarkovda - 112, Çerniqovda - 68, Luqansk - 52, Xersonda - 52, Nikolayevdə - 47, Zaporojyedə - 29, Sumıdə - 17, Kiyev şəhərində - 16 və Jitomirdə - 15 xəsarət alıblar”, - Baş Prokurorluğunun məlumatında qeyd olunur.
Bundan əvvəl xəbər verilmişdi ki, hərbi əməliyyatlar başlayandan bəri 900 mindən çox uşaq Avropa İttifaqı ölkələrinə və Moldovaya gedib.




up