Qətər şahzadəsinin keçmiş arvadı evində ölü tapıldı
1-06-2022, 11:00

İspaniyanın Marbella şəhərində Qətər əmirinin əmisi Əbdüləziz bin Xəlifə Əl-Taninin üçüncü arvadı Kasia Gallanionun cəsədi tapılıb.

AZİNFORM.AZ xarici KİV-ə istinadla xəbər verir ki, 2004-cü ildə Al Sani ilə evlənən polşalı-amerikalı qadın İspaniyadakı evində ölü tapılıb.

45 yaşlı qadının ölüm səbəbinin həddindən artıq dozada narkotik qəbulu olduğu ehtimal edilsə də, istintaq hələ yekunlaşmayıb.

Meyitdə zorakılıq əlamətləri yoxdur.






up