Yeltsinin kürəkəni Putininin müşavirliyindən istefa verdi
30-05-2022, 23:50

Rusiyanın keçmiş lideri Boris Yeltsinin kürəkəni Valentin Yumaşev keçən ay Prezident Vladimir Putinin müşaviri vəzifəsindən istefa verib.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Boris Yeltsin adına Prezident Mərkəzinin icraçı direktorunun birinci müavini Lyudmila Telen agentliyə bildirib ki, Yumaşev aprel ayında Kremldəki vəzifəsindən imtina edib.

1991-1999-cu illərdə Rusiya prezidenti olan Yeltsinin dövründə Yumaşev Kremldə müşavir, daha sonra isə prezident administrasiyasının rəhbəri vəzifələrində çalışıb. O, Yeltsinin qızı Tatyana ilə evlidir.

Yumaşev Putinin müşaviri kimi qərarların qəbulunda ciddi rol oynamayıb, lakin o, Putin administrasiyasında Yeltsin hakimiyyəti, liberal islahatlar dövrü və Rusiyanın Qərbə açılmasını təmsil edən şəxslərdən biri idi.





up