Həyatın ola biləcəyi planet tapıldı – Yerdən də böyükdür
1-02-2024, 23:36

ABŞ-nin Milli Kosmos Agentliyi (NASA) Yer kürəsindən 137 işıq ili uzaqlıqda, yaşayış üçün əlverişli zonada ekzoplanet kəşf etdiklərini açıqlayıb.

Planetin qırmızı cırtdan ulduzun ətrafında fırlandığı bildirilir.

Elm adamları “TOI-715” adlı ekzoplaneti həm də “Super Yer” adlandırırlar.

NASA Yerdən 1.5 dəfə böyük olan TOI-715 b-nin həyat üçün əlverişli zonada yerləşdiyini, səthində suyun ola biləcəyini iddia edir.

Planet ulduz ətrafında dövrəsini 19 günə tamamlayır.

TOI-715 b-nin bağlı olduğu sistemdə Yer böyüklüyündə başqa bir planetin ola biləcəyi də deyilir.

“Super Yerin” ətrafında fırlandığı ulduz Günəşdən daha kiçik və soyuqdur.  /teleqraf.com/


AZİNFORM.AZ






up