Luvr muzeyinin keçmiş direktoru Jan-Lyuk Martines antik əşyaların qanunsuz ticarətində ittiham olunur.
Misir artefaktlarının ticarətində və mütəşəkkil dəstənin tərkibində çirkli pulların yuyulması ilə məşğul olduğu ehtimal edilən Martines onunla əlbir olan iki misirşünasla birlikdə polis nəzarətinə götürülüb.
O, həmçinin Ərəb baharı üsyanları zamanı Misirdən çıxarılan əsərlərin və arxeoloji xəzinələrin mənşəyini gizlədib, Əbu-Dabidən gətirilmiş Tutanxamonun çəhrayı qranit stelası da daxil olmaqla beş antik əsərin saxta mənşə sertifikatlarına göz yumub.
Martines isə ona qarşı irəli sürülən ittihamları rədd edir.
Qeyd edək ki, o, 2013-2021-ci illərdəsözügedən muzeyə rəhbərlik edib. /axşam.az/
AZİNFORM.AZ