Ukraynada ölən rus generalları - Siyahı
29-11-2023, 14:20

Rusiya ilə Ukrayna arasında hələ də davam edən müharibədə həlak olan yüksək rütbəli rus zabitlərin siyahısı açıqlansa da, mənbələr bu siyahının tam olmadığını qeyd edirlər.

AZİNFORM.AZ Ukrayna cəbhəsində həlak olan Rusiya ordusunun yüksək rütbəli zabitlərinin bir qisminin siyahısını təqdim edir.

1. 150-ci Motoatıcı Diviziyanın komandiri general-mayor Oleq Mityayev - 2022-ci ilin 15 martında həlak olub.

2. Xüsusi təyinatlı qoşunların komandiri general-mayor Maqomed Tuşayev - 26 fevral 2022-ci ildə həlak olub.

3. 41-ci Ordunun Baş Qərargah rəisi general-mayor Vitali Gerasimov - 2022-ci ilin 7 martında həlak olub.

4. Şərq Hərbi Dairəsinin 29-cu Birləşmiş Silahlı Qüvvələrinin komandanı general-mayor Andrey Kolesnikov - 11 mart 2022-ci ildə həlak olub.

5. 41-ci Ordu komandanının müvini general-mayor Andrey Suxovetski - 2022-ci ilin 3 martında həlak olub.

6. 8-ci Ordunun komandir müavini general-mayor Vladimir Frolov - 2022-ci ildə həlak olub.

7. General-mayor Vladimir Zavadski - 2023-cü ilin 28 noyabrında minaya düşərək həlak olub.  /axar.az/





up