Xəbər verdiyimiz kimi, ötən gecə keçirilən əməliyyatda Türkiyənin gündəmində olan Dilan Polat və əri Engin Polat saxlanılıb. Mərkəzi İstanbul olan 6 vilayətdə həyata keçirilən əməliyyat zamanı 17 şübhəli saxlanılıb, barələrində istintaq başladılıb, şirkətlərində axtarış aparılıb. Dilan Polatın qara qutusu kimi tanınan Şuleyə əməliyyatlardan sonra nə baş verdiyi maraq edilərkən, partlayıcı iddia irəli sürülüb...
AZİNFORM.AZ xəbər verir ki, vergidən yayınma və çirkli pulların yuyulması iddiaları ilə gündəmə gələn Polat cütlüyü ötən axşam keçirilən əməliyyatla saxlanılıb. Əməliyyat zamanı saxlanılanlar arasında Sinem Sıla Doğu, Kürşat Polat, Sezgin Polat və Ahmet Gün də daxil olmaqla 17 şübhəli var.
Uzun illər Polat Ailəsi ilə birlikdə olan Şulenin saxlanılanlar arasında olub-olmadığı maraq doğurur. Tv Gündemi xəbərlərində; Dilan Polatın qara qutusu adlandırılan və heç yanından ayrılmayan Şulenin də saxlanılanlar arasında olduğu iddia edilib. Polat ailəsinin sağ əli olan Şule ötən ay qəfil işdən çıxıb və bir neçə gün sonra geri dönüb.
Məsələ ilə bağlı heç bir açıqlama verməyəcəyini deyən Dilan Polatın əksinə, Şule söz-söhbətlərə aydınlıq gətirmək istəyib və ailə qurduğu üçün ailəni tərk etdiyini bildirib. Trabzonlu iş adamı ilə evlənəcəyini deyən Şulenin müdiri Dilan Polatın dəbdəbəli villasını alması sosial mediada diqqət çəkib.
AZİNFORM.AZ
Facebook
Вконтакте
Одноклассники
Google+