Ailəsinin onu küçəyə atdığı 3 yaşlı qız uşağı 8 yaşına qədər itlər böyüdüb. Ətrafdakıların onu fərq etməsindən sonra dövlət tərəfindən himayə altına alınan Oksana Malayanın 40 yaşı tamam olub. Azinform.az xəbər verir ki, həkimlər film kimi həyat yaşayan qadın haqqında sarsıdıcı hesabat veriblər.
4 noyabr 1983-cü ildə Ukraynada anadan olan Oksana Malaya 3 yaşında ikən alkoqollu ailəsi tərəfindən küçəyə atılıb. Oksana Malaya instinktiv olaraq onu isti sığınacaqla təmin edəcək itxanaya sığındı.
Ailəsi tərəfindən tərk edilən Oksana Malaya itlərin nə yediyini yeyir, onlar kimi yatırdı və hətta ulamaya da başladı.
İtlərlə keçirdiyi bütün vaxtdan sonra o, insan kimi davranmaqla bağlı hər şeyi unudaraq özünü həqiqətən it kimi görməyə başladı.
İT KİMİ HƏYAT YAŞADI
3 yaşından təxminən 8 yaşına qədər itlərlə yaşayan Oksana Malaya bir müddət sonra ətrafdakıların diqqətinə düşüb.
Dörd ayaq üstə hərəkət etmək, hürmək, yerdə yatmaq, it kimi yemək və yalamaqla özünü təmizləmək kimi bir çox it xüsusiyyətlərinə malik olsa da, ən elementar insani bacarıqlara malik deyildi və hər cəhətdən it kimi davranırdı.
Oksana Malaya tapıldıqdan sonra xəstəxanaya aparılıb və həkimlər tərəfindən fiziki müayinədən keçirilib.
Oksana Malaya böyümə və inkişaf dövründə it kimi davranması sümük və əzələ inkişafı kimi fiziki elementlərə böyük təsir göstərsə də, Oksana Malaya ilə bağlı əsl problem bu prosesin psixoloji təsirləri idi. Ailəsi tərəfindən tərk ediləndə danışmağı bilsə də, 8 yaşlı uşaq kimi danışmağı tamamilə unutduğu məlum olub. Ünsiyyət qurmaq üçün hürürdü.
TAM İNSAN OLMAQ MÜMKÜN DEYİL
Oksana Malaya 8 yaşında ikən müalicə olunub. Əvvəlcə nitq bacarıqlarına diqqət yetirdi və nitq terapiyalarında iştirak etdi.
2023-cü ildən etibarən, 40 yaşlı yetkin qadın Oksana Malaya, aldığı bütün terapiya və müalicələrə baxmayaraq, yalnız 6 yaşlı uşaq kimi əsas bacarıqlara sahib olduğu bir vəziyyətə gələ bildi.
Onun haqqında bir çox sənədli filmlərdə və proqramlarda iştirak edən həkimlərin fikrincə, Oksana Malayanın cəmiyyətə uyğun olaraq tam sağalması və “normal” insan kimi reabilitasiyası mümkün deyil.