ŞOK: QADIN ƏSGƏRLƏRİN həbsxanalarda xidmət etmələri qadağan EDİLDİ - QƏZƏBLİ QALMAQAL
1-10-2023, 22:04

İsraildə qadın əsgərlərin fələstinli məhbusla cinsi əlaqədə olduğu üzə çıxdıqdan sonra həbsxanalarda xidmət etmələri qadağan edilib.

AZİNFORM.AZ bildirir ki, İsrail mətbuatında yer alan xəbərə görə, məcburi hərbi xidmətini yerinə yetirən qadın əsgər xidmət etdiyi həbsxanada mülki şəxslərə hücum etməkdə təqsirli bilinən fələstinli ilə yaxın münasibət qurub. İttihamla həbs edilən adı açıqlanmayan əsgər daha dörd qadının eyni fələstinli məhbusla cinsi əlaqədə olduğunu bildirib. İsrail Həbsxana Xidməti (IPS) qadın əsgərlərlə cinsi əlaqədə olan fələstinli məhbusun dindirilmədən əvvəl kamerasından çıxarılaraq başqa palataya köçürüldüyünü açıqlayıb.

Hadisədən sonra Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir qadın əsgərlərin fələstinli “terrorçuların” saxlanıldığı yüksək təhlükəsizlik həbsxanalarında daha xidmət etməyəcəklərini açıqlayıb. Nazir Ben-Gvir, 2025-ci ilin ortalarına qədər yüksək təhlükəsizlik həbsxanalarında bir qadın əsgərin qalmayacağını vurğulayıb.

Keçən il fələstinli məhbusların İsraildəki həbsxanada gözətçi kimi xidmət edən qadın əsgərlərə təcavüz etdiyi iddia edilmişdi. Qalmaqalda bəzi yüksək rütbəli həbsxana məmurlarının qadın əsgərləri “bazarladığı” iddia edilirdi. İsraildə qadınlar 24 ay, kişilər isə 32 ay məcburi hərbi xidmətə malikdirlər. Digər tərəfdən, işə baxan məhkəmə həbsxananın yeri də daxil olmaqla, digər detalların açıqlanmamasına qərar verib.

AZİNFORM.AZ





up