İsveçrə qlobal istiləşmə həyəcanını artırır: 30 illik buzlaq iki ildə əriyib
29-09-2023, 22:12

Qlobal istiləşmənin təsiri İsveçrədə 30 illik buzlaqı əridib. El Nino temperaturları ilə İsveçrə son iki ildə 1960-1990-cı illər arasında olduğu qədər buz itirdi. Beləliklə, iki illik müddətdə buzlaqın 10 faizi itirildi.

AZİNFORM.AZ xəbər verir ki, İsveçrə Elmlər Akademiyasının Kriosfer Komissiyası bütün dünyaya təsir edən normadan yüksək temperatur və əvvəlki dövrlərlə müqayisədə daha az qar yağması səbəbindən İsveçrə Alp dağlarında buzlaqların əriməsinin "ciddi" sürətləndiyini açıqlayıb.

Kriosfer Komissiyasından verilən açıqlamada Avropanın ən çox buzlaqına sahib olan İsveçrədə 2022 və 2023-cü illərdə buzlaqların həcminin 10 faiz azalacağı qeyd edilib.

Açıqlamada, son iki ildə 1960-1990-cı illər arasında olduğu qədər buzun itirildiyi və bu dövrdə buzlaq dillərinin çökməsinin bir çox kiçik buzlaqların əriməsinə səbəb olduğu vurğulanıb.

Açıqlamada ciddi buz əriməsinin buzlaqlara çox az qar yağması və onları birbaşa günəş işığından qoruması ilə bağlı olduğu qeyd edilərkən, iyun ayında müşahidə edilən həddindən artıq istilərin qarın 2-4 həftə ərzində əriməsinə səbəb olduğu vurğulanıb.

İsveçrənin 1864-cü ildə temperatur ölçmələri başlayandan bəri "ən isti beşinci yayı" yaşadığı və mövsüm ərzində Alp dağlarının şimalında iki, cənubda isə üç istilik dalğasının görüldüyü bildirildi.

AZİNFORM.AZ





up