BMT "İSTİ" təbiət hadisəsinin gələcəyini proqnozlaşdırdı ...
7-03-2023, 09:58

Ümumdünya Meteorologiya Təşkilatının (WMO) rəsmi nümayəndəsi K.Nullis strukturunda yaxın aylarda La-Ninya fenomeni istiləşən El-Ninyo ilə əvəz oluna bilər.  

AZİNFORM.AZ-ın məlumatına görə, o vurğulayıb ki, bu fenomen istilərin gələcəyi demək deyil.

K.Nullis qeyd edib ki, yayın isti olacağını təxmin etmək asan deyil. O, havanın planetin konkret ərazisi və digər amillərdən asılı olduğunu vurğulayıb.

Təşkilat "El Nino"nun bütün dünyada temperatur və yağıntı modellərinə təsir edən üç il davam edən, davamlı "La Nina" hadisəsindən sonra yaxın aylarda ortaya çıxa biləcəyi qənaətinə gəlib. Mütəxəssislərin fikrincə, "El Nino"nun gəlişindən əvvəl "mart-may ayları ərzində 90% ehtimalla neytral şərait" dövrü olacaq.

ÜMT-nin Baş katibi Petteri Taalas qeyd edib ki, dünya "El Nino" fazasına daxil olan zaman qlobal temperaturda daha bir artım olacaq.

Təşkilat xatırladıb ki, tarixdə 2016-cı il "El Nino" və iqlim dəyişikliyinin təsiri altında ən isti il hesab olunur. 2026-cı ilə qədər 93% ehtimalla bu rekordun yenilənəcəyi qeyd edilir.

Qeyd edək ki, klimatoloqlar 2023-cü ilin 2022-ci ildən daha isti olacağı barədə xəbərdarlıq ediblər.





up