Bu prezident məhkəməyə aparıldı - VİDEO
26-05-2022, 12:00

Moldovanın keçmiş Prezidenti İqor Dodon məhkəməyə aparılıb.

Məhkəmədə Dodonun 30 sutka müddətinə həbs edilməsi ilə bağlı prokurorların vəsatətinə baxılacaq.

Xatırladaq ki, İqor Dodon mayın 24-ü ölkənin Cinayət Məcəlləsinin 4 maddəsi əsasında başladılan cinayət işi çərçivəsində 72 saat müddətinə saxlanılıb. Sabiq Prezidentin və qohumlarının evində axtarışlar aparılıb. Dodon korrupsiya və dövlətə xəyanətdə ittiham olunur.

AZİNFORM.AZ





up