Kadırov yayılan xəbərlərə inananları “hava almağa” çağırıb - VİDEO
18-09-2023, 12:06

Çeçenistan rəhbəri Ramzan Kadırov xəstəliyi ilə bağlı yayılan xəbərlərə inananları “hava almağa” çağırıb.

AZİNFORM.AZ xəbər verir ki, bununla bağlı o, “Telegram” kanalında video paylaşıb.

“İnternetdə həqiqəti yalandan ayıra bilməyən hər kəsə təmiz havada gəzməyi və fikirlərini nizama salmağı tövsiyə edirəm. Yağış insanı çox yaxşı gümrahlaşdırır”, – deyə o, öz izləyicilərinə müraciət edib.

Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov Çeçenistan rəhbərinin xəstə və komada olduğunu bildirmişdi.





up