“Ukrayna tamamilə məhv edilməlidir” - Rusiyalı aktyordan absurd açıqlama
10-09-2023, 10:29

Rusiyalı aktyor İvan Oxlobıstin Ukraynanın tamamilə məhv edilməsini tələb edib.

AZİNFORM.AZ
xəbər verir ki, bu barədə informasiyanı “Sobesednik” nəşri yayıb.

Onun sözlərinə görə, hazırkı müharibədə “minimum proqram” Odessanın alınması ilə Ukraynanın Qara dənizdən kəsilməsidir, ideal halda isə qonşu dövlət (Ukrayna nəzərdə tutulur) tamamilə məhv edilməlidir.
“Bizi heç vaxt sevməyən Qərbi Ukrayna polyaklara, ölkənin bir hissəsi isə Belarusa (söhbət Çerniqovdan gedir) verilməlidir. Qalan hər şey bizimdir... Hər şeyi təmizləyək ki, Ukrayna dövlətindən işarə qalmasın”, - deyə o, qeyd edib.

Aktyor həm də Ukrayna dilini tamamilə kökündən kəsməyə çağırıb: “Onsuz da bu ölkə həmişə Rusiya üçün təhlükə olacaq:

“Bu təhlükədən qurtulmağın yeganə yolu bütün dövlətçiliyi zərərsizləşdirməkdir. Sadəcə hər şeyi təmizləyin! Hətta adını da dəyişin”. /bizim.media/





up