TƏCİLİ! "Bürc Xəlifə" binasının iki qatı boyda meteorit sürətlə Yerə yaxınlaşır - NASA vaxtı açıqladı
25-05-2022, 13:00

Nəhəng meteorit Yerə doğru hərəkət edir.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Kosmik süxurların monitorinqini aparan NASA-nın Yerə Yaxın Obyekt Tədqiqatları Mərkəzindən məlumat verilib.  

Bildirilib ki, 7335 (1989 JA) adlı, diametri 1,8 km olan kosmik qaya NASA tərəfindən "potensial təhlükəli" kimi qeyd edilib.

Onun planetimizə yaxınlaşacağı tarixi açıqlanıb.

Kosmik süxurların monitorinqini aparan NASA-nın Yerə Yaxın Obyekt Tədqiqatları Mərkəzinin məlumatına görə, meteorit cümə günü saat 17:26-da Yerə yaxınlaşacaq.

Bu nöqtədə meteorit Yerdən 0,026 astronomik vahid məsafədə olacaq və saatda 50.000 km sürətlə hərəkət edəcək.

Meteorit  “Bürc Xəlifə” binasının iki qatı boyda olduğu deyilir.

Qeyd edək  ki, 2004-cü ildə tikilən hündürlüyü 830 metr olan “Bürc Xəlifə” dünyanın ən hündür binasıdır.







up