Prezident Ərdoğan Soçiyə gedir: Gündəm taxıl dəhlizidir
3-09-2023, 21:49

Prezident Ərdoğan Rusiya prezidenti Putinlə görüşmək üçün sabah Soçiyə gedəcək. Ərdoğan və Putin taxıl dəhlizi sazişinin gələcəyini müzakirə edəcəklər.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə TRT Haber-in məlumatında deyilir. 

Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezident Vladimir Putinin Soçidəki görüşdə həm ikitərəfli, həm də regional məsələləri ətraflı müzakirə edəcəyi gözlənilir. Bununla belə, gündəmin ən mühüm məsələsi Taxıl Dəhlizi olacaq.

Ərdoğanın səfərindən əvvəl xarici işlər naziri Hakan Fidan Moskvada rusiyalı həmkarı Sergey Lavrov ilə görüşüb.

İki liderin danışıqlarda məsələyə daha “strateji” prizmadan toxunacağı nəzərdə tutulur. Dünyanın maraqla gözlədiyi sammitdə Rusiya qazının Türkiyə üzərindən Avropaya nəqli layihəsi də gündəmdə olacaq.

Tərəflər həmçinin regional hadisələri, o cümlədən Ukrayna müharibəsini müzakirə edəcəklər.

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsinin də ön plana çıxacağı gözlənilir.





up