10 yaşlı Saranın ölümü: Bu ölkələrin polisi ailə üzvlərini axtarır - FOTO
30-08-2023, 15:26

On yaşlı Sara Şərifin cansız cəsədi ailə üzvlərinin Pakistana uçmasından bir gün sonra, avqustun 10-da tapılıb . Surrey şəhərində keçirilən məhkəmə iclasında bildirilib ki, məhkəmə-tibb ekspertizası hələ kiçik qızın ölüm səbəbini müəyyən etməyib. Səlahiyyətlilər isə Saranın ölümünün təbii olmadığı qənaətinə diqqət yetirirlər.

Məhkəmə-tibbi ekspertizası ilə yanaşı itkin düşmüş ailə üzvlərinin tapılması üçün beynəlxalq araşdırmaya başlanılıb. Saranın 41 yaşlı atası Urfan Şərif, ortağı Beinash Batool və qardaşı Faysal Malik də axtarışa verilib. Beynəlxalq faktorlar səbəbiylə polisə 6 ay istintaq müddəti verildi.

Saranın cəsədi anası Olqa Şərifin DNT-si ilə eyniləşdirilib. Amma ata Şərifi Pakistanın İslamabad şəhərinə endikdən sonra açdığı telefon zəngi ilə tapmaq mümkün olub. Surreydə keçirilən məhkəmə iclasında Şərif ailəsindən heç kim iştirak etməyib. Hazırda Saranın ailəsi Pakistanda axtarılır. 

AZİNFORM.AZ-ın BBC-yə istinadən xəbərinə görə, ailənin yaşadığı Uokinqdəki Şah Cahan məscidinin baş imamı Hafiz Haşimi bütün camaatın çox narahat olduğunu bildirib. BBC-yə danışan Haşimi kiçik qızın ölümü ilə bağlı bunları deyib:

“İstintaq başa çatana qədər heç kimi günahlandıra bilmərik, amma bir ata kimi onun üzərinə məsuliyyət düşür. O, çıxıb Pakistan polisinə və Britaniya hakimiyyətinə baş verənləri danışmalıdır”.

AZİNFORM.AZ






up