Bu ölkədə temperatur 50 dərəcəyə qədər YÜKSƏLƏCƏK
22-08-2023, 23:27

Fransada temperatur 2050-ci ilə qədər 50 dərəcəyə çata bilər.

AZİNFORM.AZ xəbər verir ki, bunu Fransa Elmi Tədqiqatlar və İnkişaf İnstitutunun iqlim dəyişikliyi üzrə eksperti Fransuaza Vimyo bildirib.

Vimyonun fikrincə, yay mövsümü uzanacaq və iyun-sentyabr aylarında istilik dalğaları daha intensiv və uzun olacaq.

Ekspertin fikrincə, 2040-cı ilə qədər ölkənin cənub-şərqində yerləşən Lionda temperaturun anomal yüksək olduğu günlərin sayı 35-ə çatacaq, halbuki ötən əsrin sonunda bu rəqəm 10-u keçmirdi: 2050-ci ilə qədər istixana qazı emissiyaları azalmasa, yayda belə istilərin adi hala çevriləcək.





up