"Taxıl sazişi dərhal bərpa edilməlidir" - Yunanıstanın Baş naziri
21-08-2023, 23:31

İyulun 17-də Rusiya tərəfindən birtərəfli qaydada ləğv edilmiş taxıl sazişi dərhal bərpa edilməlidir.

Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Volodimir Zelenski ilə görüşdən bildirib.

"Moskva təbii qazdan silah kimi istifadə edərək beynəlxalq enerji böhranına və inflyasiyaya səbəb oldu. Bundan əlavə, bu yaxınlarda Qara Dəniz Taxıl Təşəbbüsünə son qoydu və bununla da dünya ərzaq qiymətlərinə təzyiqini artırdı", - Mitsotakis deyib.

Onun sözlərinə görə, müharibənin nəticələri təkcə qitə sərhədləri ilə məhdudlaşmır, bütün planeti narahat edir.

Bundan əlavə, Mitsotakis Yunanıstanın Ukraynanın Avropa yolunu dəstəkləməyə, ona humanitar və müdafiə dəstəyini davam etdirməyə və müharibədən sonrakı bərpa işlərində iştirak etməyə hazır olduğunu bir daha vurğulayıb.  /report/





up