DİGƏR XƏBƏRLƏR
Güclü yağış səbəbindən Moskvada hava şəraitinin “narıncı” səviyyəsi elan edilib. Bu barədə Rusiya Hidrometeorologiya Mərkəzinin saytı xəbər verib.
“Bəzi yerlərdə leysan, güclü yağış olacağı gözlənilir”, - deyə məlumatda bildirilir.
Nəşr qeyd edir ki, xəbərdarlıq müddəti avqustun 21-i saat 00:00-dək davam edəcək.
Qeyd edək ki, “narıncı” səviyyə - hava təhlükəsinin üçüncü səviyyəsidir. Bu səviyyədə təbii fəlakətlərdən əhaliyə və obyektlərə zərər dəyməsi ehtimalı var.