Tanınmış iş adamı HƏBS EDİLDİ - FOTO
18-08-2023, 13:40

Moskvanın Xamovniçeski Rayon Məhkəməsi “Global Spirits” holdinqinin Müşahidə Şurasının rəhbəri Yevgeni Çernyakı Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirdiyinə görə həbs edib.

AZİNFORM.AZ 
xəbər verir ki, bu barədə avqustun 18-də məhkəmənin saytında məlumat yayılıb.

İş materiallarından məlum olur ki, məhkəmə avqustun 17-də iş adamı barəsində həbs qətimkan tədbiri seçib.

İstintaq Çernyakı terror fəaliyyətinə kömək etməkdə ittiham edir.  /news24.az/






up