“Qəddafinin öldürülməsinə icazə vermək ciddi səhv idi” - İtaliyalı nazir
17-08-2023, 20:33

“Qəddafinin öldürülməsinə icazə vermək ciddi səhv idi”.

AZİNFORM.AZ xarici KİV-ə istinadən xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Antonio Tajani jurnalistlərə açıqlaması zamanı bildirib.

Tajani 2011-ci ildə öldürülən Liviya lideri Müəmmər Qəddafi ilə bağlı açıqlamalar verib.

“Qəddafinin öldürülməsinə icazə vermək ciddi səhv idi. O, demokratiyanın modeli olmaya bilər, lakin onun ölümü Liviya və Afrikaya siyasi qeyri-sabitlik gətirdi. O, şübhəsiz ki, ondan sonra gələn hər kəsdən daha yaxşı idi”, - deyə XİN başçısı bildirib.

Tajani İtaliyanın Qəddafi ilə razılaşmalar sayəsində miqrasiya axınının qarşısını ala bildiyini və vəziyyətin daha stabilləşdiyini də vurğulayıb. /qafqazinfo/





up