Qalmaqallı X loqosu götürüldü
2-08-2023, 01:21

"Twitter"in San-Fransiskodakı baş qərargah binasının üzərinə yerləşdirilən nəhəng və parlaq X loqosu şikayətlərdən sonra götürülüb.

San-Fransisko şəhərinin Bina Təftişi Departamenti icazəsiz loqo dəyişdirilməsi ilə bağlı sakinlərdən 24 şikayət aldığını bildirib.

Rəsmilər qeyd ediblər ki, insanlar sözügedən loqonun təhlükəli olmasından və yaydığı işıqdan şikayətlənib.

 





up