Zelenskinin təcili tələbinə ŞOK CAVAB: "15-20 il gözləyin"
23-05-2022, 19:38

Fransanın Avropa məsələləri üzrə naziri Klement Bone Ukraynanın Avropa Birliyinə üzv olmaq müraciətinə münasibət bildirib.

Onun sözlərinə görə, Ukraynanın Avropa Birliyinə üzv olması prosesi 15-20 il davam edə bilər: “Düzgün danışmaq lazımdır. Ukraynanın 6 ay və ya 1-2 il əzrində Avropa Birliyinə qoşulacağını desəniz, yalan danışmış olacaqsınız. Yəqin 15-20 il davam edəcək”.

Qeyd edək ki, Rusiyanın hücumundan sonra Prezident Vladimir Zelenski Ukraynanın tezliklə Avropa Birliyinə qəbul edilməsini tələb etmişdi.





up