Çinin xarici işlər naziri yoxa çıxıb
18-07-2023, 20:40

Çinin xarici işlər naziri Vanq Yi uzun müddətdir ictimaiyyət arasında görünmür.

AZİNFORM.AZ xarici mətbuata istinadən xəbər verir ki, 57 yaşlı nazir sonuncu dəfə iyunun 25-də görünüb.

Artıq 23 gündür "itkin" olan nazirin sözçüsü də bu barədə danışmaqdan imtina edib.

Qeyd edək ki, Vanq Yi ötən ilin dekabrında bu vəzifəyə təyin edilib.  /qafqazinfo/





up