Avstraliya çimərliyində müəmmalı obyekt tapıldı - VİDEO
18-07-2023, 11:49

Avstraliyanın Qərbi Avstraliya əyalətində naməlum nəhəng metal obyekt sahilə çıxıb. Pertdən təxminən 250 kilometr şimalda yerləşən Qrin Hed sahil qəsəbəsindəki çimərlikdə naməlum nəhəng metal obyekt su altında qalıb.  

AZİNFORM.AZ bildirir ki, Avstraliyanın qərbində çimərlikdə naməlum obyekt görüntülənib. Obyekti görən rayon əhalisi heyrətə gəlib. 

Avstraliya mətbuatında çıxan xəbərlərdə metal obyektin eninin təxminən 2,5 metr, uzunluğunun isə 2,5 ilə 3 metr arasında olduğu bildirilib.  "Biz ictimaiyyəti əmin etmək istəyirik ki, obyektin mənşəyini və təbiətini müəyyən etmək üçün müxtəlif dövlət və federal qurumlarla fəal əməkdaşlıq edirik", - polisin bəyanatında deyilir.

Avstraliya Kosmik Agentliyi nəhəng metal obyektin yadplanetli kosmik gəmidən düşə biləcəyini və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edəcəyini bəyan edib.





up