Xorvatiyanın mərkəzi hissəsindəki Sisak şəhərində naməlum şəxs küçədə atəş açıb, ölən və xəsarət alanlar var.
AZİNFORM.AZ report-a istinadən xəbər verir ki, bu barədə Xorvatiya milli telekanalı məlumat yayıb.
"Sisak Kanak ərazisində bir nəfər "Kalaşnikov" avtomatından atəş açıb. Əraziyə çoxlu sayda polis qüvvələri cəlb olunub. Qeyri-rəsmi məlumatlara görə, zərərçəkənlər var, ərazi əhatəyə alınıb", - məlumatda deyilir.
Yerli "İndex.hr" portalı isə hadisə zamanı 1 nəfərin həlak olduğunu, 8 nəfərin yaralandığını xəbər verib. Qeyd edilir ki, hadisəni törədən şəxs ərazidən uzaqlaşıb.
Faktla bağlı cinayət işi başlanıb.