DİGƏR XƏBƏRLƏR
“Baywatch” ulduzunun keçmiş həyat yoldaşı, model Loni Uillison zibil qutusunu gəzərkən lentə alınıb.
Xarici media bildirir ki, “Baywatch” ulduzu Ceremi Ceksonun 40 yaşlı keçmiş həyat yoldaşı Los-Ancelesdə küçələrdə görüntülənib. O, zibil yığınlarını eşələyərək portağal yığıb. Model Loni Uillison köynək, çirkli cins şalvar, uzun xaki jilet, qara corab və flip flop geyinib.
Hələ 2016-cı ildə model narkotik və alkoqol istifadəsi səbəbindən əsəb böhranı keçirib. O, reabilitasiya mərkəzinə getmək istəsə də, cəhdi uğursuz alınıb. Loni Uillison bütün var-dövlətini itirib və küçələrdə yaşamalı olub. Ulduzun hazırkı mövqeyi haqqında heç nə məlum deyil.