Fransada etiraz aksiyası: 667-dən çox şəxs saxlanılıb
30-06-2023, 10:57

Parisin Nanter şəhərətrafı qəsəbəsində yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra ölkənin müxtəlif bölgələrində başlayan haqlı etirazlar zamanı 667-dən çox adam saxlanılıb.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə BFM telekanalı Fransanın daxili işlər naziri Jerald Darmanenə yaxın mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, təkcə İl-de-Frans bölgəsində 242 nəfər saxlanılıb.

Nanterdə isə vəziyyət gərgin olaraq qalır, qarşıdurmalar davam edir. Daha əvvəl 328 nəfərin həbs edildiyi bildirilirdi.





up