İstanbul səmasında naməlum obyekt peyda oldu - VİDEO
29-06-2023, 19:55

Türkiyədə İstanbul şəhərinin Mahmutbey ərazisində səmada naməlum obyekt görüntülənib.

AZİNFORM.AZ xəbər verir ki, səmada sürətlə hərəkət edən və qısa zamanda gözdən itən naməlum obyekt yolla hərəkət edən avtomobilin kamerasında əks olunub.

Avtomobilin sürücüsü saniyələr ərzində yoxa çıxan obyektin nə olduğunu anlaya bilməyib.

Naməlum obyekt yoxa çıxdığı an sol tərəfdə başqa bir obyektin də peyda olması diqqət çəkib.





up