Şahzadə Diananın məşhur sviteri müştərisini gözləyir - FOTO
27-06-2023, 13:41

Şahzadə Diananın illərdir itmiş hesab olunan sviteri hərraca çıxarılacaq. Bu barədə "Daily Express" xəbər verib.

Uels şahzadəsi Diananın geyindiyi sviterin hərracda 70 min funt-sterlinqə satışa çıxarılacağı gözlənilir.

Söhbət şahzadə Diananın ilk dəfə 1981-ci ildə polo matçında geyindiyi məşhur qırmızı yun sviterdən gedir. Geyimin üzərində onlarla ağ və bir qara qoyun təsvir olunub.






up